"Bizim rəqs dünyamız" adlı hesabat konserti keçirilib

Iyunun 5-də Səməd  Vurğun adına  Rus Dram Teatrında 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Milli rəqs” dərnəyinin "Bizim rəqs dünyamız" adlı hesabat konserti keçirilib.  Dərnəyin  üzvləri rəngarəng proqramla çıxış ediblər. Konsertdə "Milli rəqs" dərnəyinin rəhbəri  Samirə Musaimin qurduğu Azərbaycan və dünya  xalqlarının rəqsləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Xalq rəqsləri müxtəlif yaşda  olan rəqs qruplarının uşaqlarının ifasında nümayiş olunub. Həmçinin qızların ifasında bir neçə müasir rəqs və dünya xalqlarının milli rəqsləri konsertə xüsusi rəngarənglik qatıb.

 

Qeyd edək ki, uşaqların ifa etdiklər “Odlar Yurdu”, “O olmasın, bu olsun”, “Bulaq başında”, “Çobanlar”, “Çəyirtkələr”, “Fənərlər”,  “Pinqivinlər”, “Kuklalar”, “Göbələklər”, “Aşbazlar”, “Fənərlər” və digər  rəqslər qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Onlar maraqlı konsert proqramına görə uşaqlara xoş arzularını bildiriblər.

 

Sonda tədbirdə fəal iştirak  edən dərnək üzvlərinə   diplomlar təqdim olunub.

 

Sifai SƏFƏROVA

 



07.06.2018 | 10:23