"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində şagirdlər üçün onlayn yarış

Dekabrın 25-də "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma və riyaziyyat üzrə 8-15 yaş arası şagirdlər üçün "Qış onlayn yarışı"na start veriləcək.

 

Yarış yeni il ərəfəsində şagirdlərin asudə vaxtlarını səmərəli və əyləncəli keçirməsi, eyni zamanda onların proqramlaşdırma və riyaziyyat üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır.

 

Yarışın süjetinə əsasən, iştirakçılar 31 dekabr tarixinədək qarşıdan gələn yeni ili xilas etməlidirlər. Bunun üçün onlara verilən tapşırıqları düzgün yerinə yetirməlidirlər.

 

Yarışda şagirdlər sinif yoldaşları ilə birgə 3-6 nəfərdən ibarət komanda yaradaraq iştirak edə bilərlər. İştirak üçün http://questreg.algoritmika.az/ keçidi vasitəsilə platformadan qeydiyyatdan keçmək lazımdır.

 

Qaliblərə hədiyyələr iki - beynəlxalq və yerli nominasiyalar üzrə təqdim olunacaq.

 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2017-2018-ci tədris ilindən etibarən Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkəti tərəfindən həyata keçirilir. Layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki rayon və şəhərləri üzrə 222 məktəbi, 120 000-dən çox şagirdi əhatə edir.

 

 



24.12.2020 | 10:25