Azərbaycanın 7 universiteti dünya reytinqində

Məlum olduğu kimi, Böyük Britaniyanın QS Reytinq Agentliyi 2021-ci il üçün “QS inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlini (QS EECA University Rankings 2021)  açıqlayıb.

 

Reytinqə Avropa və Mərkəzi Asiyanın 85 inkişaf etməkdə olan ölkəsindən 400 ali təhsil müəssisəsi daxildir. Universitetlərin aparıcı yerlərinə Rusiya, Türkiyə, Qazaxıstan, Polşa, Ukrayna, Rumıniya, Çexiya və Macarıstan daxildir.

 

Azərbaycan bu reytinqdə 7 universitetlə təmsil olunub - Bakı Dövlət Universiteti (211-220-ci yer), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) (221-230-ci yer), Xəzər Universiteti (241-250-ci yer), "ADA" Universiteti (301-350-ci yer), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti reytinqdə eyni mövqedədir (351-400-ci yer).  Ötən illə müqayisədə  daha iki universitet milli və xarici tələbələrin dəyərinə, müəllimlərin keyfiyyətinə, universitetin həcminə, tədqiqat imkanlarına və sayına əsaslanan son ideyaları təqdim edib.

 

Bundan əlavə, UNEC göstərilən reytinqin ən yaxşı 221-230 universiteti sırasına daxil olub ki, bu da ötən illə müqayisədə 30 sıra yüksəkdir.  Reytinqin “İşəgötürənlər reputasiyası” indiqatoru üzrə region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb. Ümumilikdə,  Bakı Dövlət Universiteti, UNEC və Xəzər  Universiteti adıçəkilən reytinqdə Cənubi Qafqazın bəzi regional universitetlərini qabaqlayır.

 

Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin başçılıq etdiyi sıralamanın ilk 10-luğunda   Estoniyanın Tartu, Çexiyanın Karlov və Masarik, Polşanın Varşava və Yagellan kimi nüfuzlu universitetləri yer alıb.

 

Bu il reytinq 10 göstəricidən, o cümlədən ali məktəbin elmi və işəgötürənlər arasında nüfuz göstəricisindən istifadə olunmaqla tərtib edilib.

 

Oruc MUSTAFAYEV



22.12.2020 | 11:39