Coğrafiyaçı alim beynəlxalq konfransda məruzə edib | |
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun təşkilatçılığı ilə Moskva şəhərində keçirilən “Məsafədən aerokosmik tədqiqatların müasir problemləri” adlı beynəlxalq konfransda iştirak edib.
Sayca on səkkizinci Ümumrusiya beynəlxalq açıq konfransını keçirməkdə əsas məqsəd potensial təhlükəli hadisələrin, obyektlərin, ətraf mühit monitorinqinin fiziki əsasları, metod və texnologiyaları sahəsində əldə edilmiş təcrübi, nəzəri biliklərin müzakirəsi, mövzu ətrafında fikir mübadiləsi aparmaq olub.
Alim konfransda “Atmosfer proseslərini modelləşdirərək radioaktiv yağıntıların qiymətləndirilməsi imkanı” mövzusunda məruzə edib.
|
|
22.12.2020 | 10:32 | |
|
|
|