Kollecdə yaz imtahan sessiyasına start verilib

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) yaz imtahan sessiyasına start verilib. Bu barədə kollecin tədris işləri üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Nofəl Nəbiyev bildirib. O qeyd edib ki, 2017/2018-ci tədris ilinin yaz imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsinin təmin etmək məqsədilə imtahan və münaqişə komissiyaları yaradılıb və onlar üçün normal iş rejimi təmin edilib.

 

İmtahan sessiyası əyani şöbədə iyunun 1-dən iyulun 5-dək, qiyabi şöbədə isə iyunun 8-dən iyulun 7-ə qədər davam edəcək. Direktor müavini onu da bildirib ki, qanunvericiliyə uyğun olaraq, imtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 akademik saat müəyyənləşdirilib: “İmtahanlara buraxılan tələbələrin ümumi sayı 1067 nəfərdir. Qayıb limitinə görə 138 tələbə imtahanlara buraxılmayıb. İmtahan prosesinin şəffaf və obyektiv təşkili üçün bir sıra tədbirlər görülüb”.



06.06.2018 | 18:59