"Qarabağın məşhur müəllimləri" - Cəfər Əhmədov

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Kəlbəcərdə təhsilin əsasını qoyanlardan biri, istedadlı pedaqoq  Cəfər Əhmədovdur.

 

O, 1890-cı ilin aprel ayında Laçının Minkənd kəndində anadan olub. Minkənd 2 illik rus-tatar məktəbini, Gorus gimnaziyasını başa vurduqdan sonra Laçının bir çox ucqar kəndlərində müəllimlik edib. Daha sonra Kəlbəcərin Qamışlı, Seyidlər, Yanşaq, Zəylik, Ağcakənd kəndlərində müəllim olaraq çalışıb. Hər kəsə “Bala, gələcəyiniz yalnız elmdə, təhsildədir”, deyən Cəfər müəllim ömrünün sonunadək Kəlbəcər maarifinin inkişafına xidmət edib.

 

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

 

 



19.12.2020 | 14:01