"Zəfər tariximiz" onlayn respublika intellektual yarışmasına yekun vurulub | |
23 noyabr-16 dekabr tarixlərində Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Zəfər tariximiz” adlı onlayn respublika intellektual yarışmasına yekun vurulub.
COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda və 3 mərhələ üzrə təşkil edilən yarışmada Bakı şəhəri və respublikanın digər bölgələrində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərindən 51 dərnək üzvü iştirak edib.
Yarışmanın nəticələrinə əsasən, 16 məktəbli yarım final mərhələsində iştirak hüququ qazanıb. Final mərhələsinə vəsiqə qazanan 3 dərnək üzvü arasında aparılan mübarizənin nəticələrinə əsasən, I, II və III yerlərin qalibləri müəyyən edilib.
Qaliblər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom, medal və hədiyyələri, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.
Qeyd edək ki, intellektual yarışmanın keçirilməsində məqsəd uşaq və gənclərin ölkəmizin qazandığı qələbəyə, Zəfər tarixinə aid bilik səviyyəsini daha da artırmaq, onların intellektual qabiliyyətlərini inkişaf etdirmək, işğaldan azad olunmuş torpaqlarımızın tarixi abidələrini təbliğ etməkdən ibarət olub.
|
|
18.12.2020 | 11:38 | |
|
|
|