“Bizə qoşul və xilas et”

Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi" çərçivəsində icra edilən “Bizə qoşul və xilas et!” layihəsi üzrə  növbəti onlayn seminar keçirilib.

 

Seminarda Ağsu rayon təhsil ictimaiyyətinin nümayəndələri, İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, mərkəzin əməkdaşları, layihə üzrə psixoloq Ülkər Məhərrəmova, layihə üzrə ekspert Zemfira Məmmədova, təlimçi Elnarə Qasımova və Ağsu rayonu ümumtəhsil məktəblərində təhsil alan 20-ə yaxın şagird, valideyn, tibb işçiləri iştirak ediblər.

 

Layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. O, “Ailə xilaskarları” onlayn klubunun fəaliyyətindən də bəhs edib.

 

Tədbirdə  “Erkən evliliyin fəsadları" adlı bukletlər  iştirakçılara təqdim olunub. 

 

İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Lətifə Əliyeva layihənin cəmiyyət üçün əhəmiyyətindən danışıb.

 

Layihənin psixoloqu Ülkər Məhərrəmova erkən evliliklərin fəsadlarının cəmiyyətdə tez-tez vurğulanmasının maarifləndirmə işlərinin səmərəliliyini artıracağını qeyd edib. Psixoloq şagirdlərlə fikir mübadiləsi də aparıb.

 

Təlimçi Elnarə Qasımova layihə çərçivəsində təşkil olunan videoçarx və slayd nümayiş etdirib. Sözügedən mövzuda sosial çarxların "Ailə xilaskarlari" könüllü klubunun üzvləri tərəfindən hazırlandığıni diqqətə çatdırıb.

 



16.12.2020 | 12:09