UNEC tələbələri "Xocalısız 26 il" adlı tamaşa təqdim ediblər | |
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının qurbanları anılıb. Universitetdən verilən məlumata görə, anım mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov, polkovnik Abdulla Qurbani, UNEC-in rektoru, professor Ədalət Muradov, professor-müəllim və tələbə heyəti iştirak edib. Öncə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan xatirə ağacını ziyarət edib, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı faciəsindən bəhs edən qısa film nümayiş olunub. Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri “Xocalısız 26 il” tamaşasını təqdim ediblər.
Samirə KƏRİMOVA
|
|
26.02.2018 | 12:30 | |
|
|
|