BDU aliminin məqaləsi impakt faktorlu jurnalda | |
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat elmi-tədqiqat İnstitutunun baş elmi işçisi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vaqif Quliyev və Riyazi analiz kafedrasının dosenti Mehriban Ömərovanın həmmüəllifi olduqları məqalə “Journal of Pseudo-Differential Operators and Applications” (https://www.springer.com/journal/11868) 0.532 impakt faktorlu jurnalda dərc edilib.
BDU-dan bildirilib ki, “VMO əmsallı parabolik tənliyin həllinin Orliç-Morri fəzasında qlobal requlyarlığı” adlı məqalədə parabolik Kalderon-Ziqmund operatorun doğurduğu subxətti inteqral operatorun və parabolik funksiya BMO-dan olduqda kommutatorun ümumiləşmiş parabolik Orliç-Morri fəzasında məhdudluğu isbat edilib. Parabolik sinqulyar və sinqulyar olmayan inteqral operator və onların kommutatorlarının ümumiləşmiş parabolik Orliç-Morri fəzalarında məhdudluğu üçün kafi şərtlər tapılıb. Alınmış nəticələr əsasında ümumiləşmiş parabolik Orliç-Morri fəzalarında VMO əmsallı divergent olmayan parabolik tənliyin həllərinin qlobal requlyarlığı məsələsi araşdırılıb.
Məqaləni oxumaq üçün aşağıdakı linkə keçid etmək olar: https://link.springer.com/article/10.1007/
|
|
14.12.2020 | 11:24 | |
|
|
|