"Qarabağ Azərbaycandır!" onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə start verilib | |
"Qarabağ Azərbaycandır!" adlı onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə rəsm işlərinin qəbulu dekabrın 15-dək davam edəcək.
Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə müsabiqəyə respublikamızda və xarici ölkələrdə yaşayan 6-17 yaşlı uşaq və gənclər dəvət olunur. Eyni zamanda müəllimlər də müsabiqəyə qatıla bilərlər.
İştirakçılar aşağıdakı şərtləri nəzərə almalıdırlar:
Müsabiqə 3 mərhələdə keçirilir:
Müsabiqəyə təqdim olunan rəsmlər mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək. Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə bir iştirakçı "Qran-pri" mükafatına layiq görüləcək.
Müsabiqə ilə bağlı əlavə suallarınız olarsa, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" və "İnstagram" səhifələrinə müraciət edə və +994 50 432 43 02, + 994 55 549 58 52 “WhatsApp” telefon nömrələri ilə əlaqə yarada bilərsiniz. Müsabiqə haqqında ətraflı məlumat Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" və "İnstagram" səhifəsində təqdim olunub.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, uşaqların ev şəraitində asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.
|
|
10.12.2020 | 10:54 | |
|
|
|