Stokholmda Nobel həftəsi şənlikləri başlayır

Dekabrın 10-da İsveçin paytaxtında elmi mükafat laureatlarının şərəfinə həsr olunmuş Nobel şənlikləri həftəsi başlayır. 2020-ci ilin Nobel həftəsi pandemiya səbəbindən mükafatlar tarixində ən qeyri-adisi olacaq. Nobel Fondunun verdiyi məlumata görə, tədbirlərin əksəriyyəti onlayn keçiriləcək.

 

"Bu il Nobel həftəsi zamanı elmə, ədəbiyyata və sülhməramlı səylərə hörmətlə yanaşmaq xüsusilə vacibdir. Biz laureatları öz ölkələrində təhlükəsiz şəraitdə şərəfləndirmək üçün proqramımızın konfiqurasiyasını dəyişdik. Həmçinin bütün dünya insanlarına mühazirələrdən, mükafatlandırma mərasimlərindən, konsertlərdən, sərgilərdən və canlı efirdə, televiziya proqramlarında ruhlandırıcı söhbətlərdən zövq almaq üçün bir çox imkanlar verəcəyik ". Nobel Fondunun press-relizində onun icraçı direktoru Lars Haykenstenin sözləri belə yer alıb.

 

Bu il cəmi 11 nəfər və bir təşkilat mükafat alacaq. Alfred Nobelin vəsiyyətinə əsasən, sülh mükafatı Osloda təqdim olunacaq. Norveç Nobel Komitəsi onu BMT-nin Ümumdünya Ərzaq Proqramına (UPP) "aclıqla mübarizədə səylərə, münaqişə zonalarında sülhə nail olmağa, açlığın müharibə və münaqişə aləti kimi istifadəsinin qarşısının alınması istiqamətində aparıcı güc kimi fəaliyyətinə görə" verib.

 

Fiziologiya və tibb sahəsində Nobel mükafatına Amerikanın iki molekulyar bioloqu- Harvey Olter və Çarlz Rays, həmçinin hepatit C virusunun kəşfinə görə britaniyalı Maykl Houton layiq görülüb.

 

Fizika sahəsində mükafat britaniyalı Roger Penrouza, həmçinin alman və Amerika astronomları Raynhard Henzel və Andrea Qezə qara deşiklərlə bağlı tədqiqatlara görə təqdim olunacaq. 

 

Kimya mükafatı  Fransa və ABŞ tədqiqatçılarından Emmanuel Sharpantye və Cennifer Daudnaya çatacaq.

 

Ədəbiyyat sahəsində 2020-ci il üzrə Nobel mükafatı  "sərt gözəlliyi ilə fərdi varlığı universal hala gətirən səhvsiz şeir səsinə görə”  amerikalı yazıçı Luiza Qlyuka,    iqtisadiyyat üzrə iki amerikalı alim Paul R.Milqrom və Robert B.Vilsona “auksion nəzəriyyəsinin təkmilləşdirilməsi və yeni auksion formatlarının ixtiralarına görə”  təqdim olunacaq.  

 

Həftənin proqramı

 

Laureatların şərəfinə İsveç paytaxtında dekabrın 5-dən etibarən şəhərin 15 yerində, o cümlədən şəhər bələdiyyə binasında, filarmoniyada, Dramaten teatrında, Milli və Nobel muzeylərində işıq qurğularının yandırılmasına başlanılıb.

 

Dekabrın 7-8 -dən internetdə laureatların Nobel mühazirələri, mətbuat konfransları və müzakirələr keçirilir. Həmçinin, bu gün axşam 2020-ci ildə kimya üzrə laureat Emmanuel Sharpantyenin çıxış edəcəyi "Nobel Həftəsi Dialoqu" adlı seminar keçiriləcək. Seminar pandemiya şəraitində təhsil məsələlərinə həsr olunub.

 

Bu il bütün laureatlara medal və diplomlar öz ölkələrində - Almaniyada, Böyük Britaniyada və ABŞ-da İsveç diplomatik missiyaları tərəfindən təqdim olunacaq.  Nobel qızıl medalı və sülh mükafatı diplomu Romada Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisliyə veriləcək. Təntənəli təqdimatlar videoya yazılacaq, onlar dekabrın 10-da İsveç və Norveç televiziya kanallarının aparacağı televiziya verilişlərinin bir hissəsi olacaq.

 

"Əlbəttə ki, mükafatların birbaşa təqdim edilməsini təşkil etmək daha xoş olardı. Lakin mükafatın təqdim olunması San-Fransiskoda, məsələn, gecənin ortasında baş verərdi. Praktikada bu, mümkün deyil ", - deyə L.Haykensten bildirib.

 

Mükafatın təqdimat mərasimi dekabrın 10-da, Nobelin vəfat etdiyi gün, Stokholm və Oslo Universitetindən yayımlanacaq; mərasimdə yalnız kiçik bir auditoriya iştirak edəcək.

 

Bu il hər nominasiya üzrə Nobel mükafatının həcmi 1 milyon artıb və 10 milyon krona (indiki məzənnə üzrə 1,18 milyon dollar) bərabərdir. L.Haykenstenin sözlərinə görə, pul məbləğinin artırılması rəqib mükafatlara nisbətən Nobel mükafatının mövqeyinin möhkəmləndirilməsi üçün vacibdir. O izah edib ki, bu, fondun xərcləri ilə kapitalının mövcud nisbəti səbəbindən mümkün olub. İqtisadçıların hesabladığı kimi, bu il Nobel mükafatı laureatları daha çox pul mükafatına ümid edə bilərlər. Mükafatın həcminin 10% -dən çox artırılması ilə bağlı Nobel Fondunun qərarından başqa iki əsas səbəb də var: mövqeyi möhkəmlənmiş kron və qonaqları şənliyə dəvət edərkən xərclərin olmaması.

 

Bundan əvvəl bildirilib ki, 10 dekabr 2020-ci ildə Stokholmda Nobel ziyafəti ümumiyyətlə keçirilməyəcək. "Bu qədər çox insanı bir-birinə yaxın bir yerə yığmaq olmaz", - deyə L.Heikensten bildirib.

 

Oruc MUSTAFAYEV

 



08.12.2020 | 10:16