İntellektual qarşılaşmanın növbəti qalibi

Paytaxt məktəblilərindən ibarət daha 4 komanda “Hazırcavablar” intellektual oyununda iştirak edib. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 123, 159, 215 və 239 nömrəli tam orta məktəblərinşagirdləri “Dil və ədəbiyyat”, “Coğrafiya”, “Səfəvilər dövləti”, “Azərbaycan kinosu”, “İlk dəfə” bölmələri üzrə sualları cavablandırıblar. 

 

İntellektual oyunun nəticələrinə əsasən, 239 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

 

“Hazırcavablar” intellektual teleoyununun əsas məqsədi məktəblilərin bilik səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəflərindəndir.

 

Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.

 



05.06.2018 | 18:56