Buraxılış-kurs tamaşası təqdim olunub

Azərbaycan  Dövlət Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının motivləri əsasında “Xoşbəxt evliliyin qaydaları” adlı buraxılış-kurs tamaşası təqdim edilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən səhnə əsəri  Bakı  Xoreoqrafiya Akademiyasının (BXA) buraxılış kursi tələbələrinin ifasında  nümayiş olunub. Əməkdar incəsənət xadimi Sonaxanım İbrahimovanın layihə rəhbəri olduğu rəqs-tamaşada BXA-nın orta, orta ixtisas, bakalavriat və magistratura pillələrinin şagird və tələbələrinin çıxışları tamaşaçılarda xoş ovqat yaradıb.

 

Qeyd edək ki, bundan öncə BXA-nın tələbələri Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində “Don Kixot” buraxılış-tamaşası ilə çıxış ediblər.

 

Sifai SƏFƏROVA

 



05.06.2018 | 18:37