Amerikalı müəllimlər dərs yüklənmələrinə görə şikayət edirlər | |
ABŞ-da müəllimlərin dörddə birindən çoxu pandemiya dövründə dərs yüklənmələrinə görə pedaqoji fəaliyyətlərini dayandırmaq istəyir.
"The New York Times" nəşri müxtəlif ştatlardan olan müəllimlərlə koronavirus məhdudiyyətləri zamanı necə işlədikləri və bu format haqqında nə düşündüklərinə dair söhbətlər aparıb.
"Bəzən məktəbdə 13 saatdan çox vaxt keçirirəm. Mən çox yorulmuşam və maşınıma oturub özümü evə çatdırmaq istəyirəm, - deyə pedaqoq bildirib. Söyləyib ki, bir çox həmkarları da özlərini eyni dərəcədə tükənmiş hiss edir: "Biz ciddi yorğunluq və tükənmə səviyyəsini müşahidə edirik".
Pandemiya ilə əlaqədar daim dəyişən şərt və qaydalara görə məktəblər gah bağlanır, ya da yenidən açılır. Bu cür dəyişmələr həm uşaqların, həm də müəllimlərin məhsuldarlığına ciddi təsir göstərir.
Müəllimlər qeyd edirlər ki, bu cür qeyri-müəyyənlik onları yorur: çünki tədris yükü iki dəfə artıb. Çox vaxt müəllimlər, nəinki bilik ötürməkdə vasitəçilərə çevrilir, həm də qohumları xəstələnmiş və ya ölmüş uşaqlara psixoloji dəstək göstərmək məcburiyyətində də qalır. Eyni zamanda dünyada davam edən qeyri-sabit vəziyyətə görə qorxu və apatiyanın aradan qaldırılmasında şagirdlərə kömək edirlər.
Bu yaxınlarda ölkənin ən böyük qurumlarından olan Milli Təhsil Assosiasiyasının keçirdiyi sorğuda məlum olub ki, müəllimlərin 28 faizi koronavirus səbəbindən dərs deməkdən imtina etməyi və ya vaxtından əvvəl təqaüdə çıxmağı düşünür. 30 ildən artıq iş stajı olan müəllimlərin 55 faizi peşələrini tərk etmək barədə fikirləşir. İş stajı 10 ildən az olan müəllimlərin 20 faizi də eyni mövqedə olduğunu deyir. Oruc MUSTAFAYEV
|
|
02.12.2020 | 12:07 | |
|
|
|