Turizm sahəsində yeni kurikulumlar hazırlananacaq | |
İyunun 4-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilib.
Görüşdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkə üzrə rəhbəri Sonia Fontaine, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Təhsil İnstitutunun nümayəndələri və alman ekspertləri iştirak edib.
Görüşün əsas məqsədi Avropa İttifaqının maliyyə dəstəyi ilə GİZ tərəfindən həyata keçirilən “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsil və təlim pilotlarının yaradılması” layihəsi çərçivəsində səriştə əsaslı kurikulum modelinə uyğun olaraq turizm sahəsində yeni kurikulumların hazırlanmasına dair müzakirənin keçirilməsi olub.
Görüşdə dual peşə təhsilinin xüsusiyyətləri və turizm sahəsində sistemin tətbiq olunması üçün imkanlar müzakirə edilib. Eyni zamanda müəllimlərin hazırlanması mexanizminin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.
İştirakçılar kurikulumun hazırlanmasında işəgötürənlərin və sənayenin yaxından iştirakının vacibliyini vurğulayaraq, hazırlanacaq təhsil proqramlarında turizm sənayesində tələb edilən bütün əsas səriştə və bacarıqların tədrisini və tədrisin bir hissəsi kimi iş yerində təcrübə komponentinin daxil edilməsini qeyd edib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.
|
|
05.06.2018 | 16:32 | |
|
|
|