"Qarabağın məşhur müəllimləri" - Ənvər Rza

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Ənvər Rzadır. O, 1939-cu il martın 3-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olub.        

 

Ənvər Rza M.F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsində təhsil alıb. Həmin institutda ingilis dili leksikası kafedrasında müəllim, baş müəllim, kafedranın müdiri vəzifəsində işləyib. Sonra institutun nəzdində ilk dəfə olaraq tərcümə kafedrasını yaradıb və ömrünün sonunadək bu kafedranın müdiri vəzifəsində çalışıb.  O, istedadlı şair, cəfakeş alim, həm də peşəkar tərcüməçi olub.    

 

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

 

 



30.11.2020 | 16:46