UNEC ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və İqtisadi İslahatlar İnstitutu arasında əməkdaşlıq memorandumu | |
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında iqtisadi təhsil, tədqiqatlar və qiymətləndirmə fəaliyyətinin imkanlarından qarşılıqlı yararlanmaq məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Memoranduma əsasən, UNEC ilə həmin qurumlar arasında ölkədə qiymətləndirmə fəaliyyətinin formalaşması və inkişafını dəstəkləyən birgə tədbirlərin, layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, eləcə də qiymətləndirmə sahəsində milli standartların, terminoloji lüğətlərin, təlim proqramlarının, qiymətləndirmə peşəsinin inkişafı üzrə birgə milli proqramların hazırlanması, birgə elmi tədqiqatların aparılması, forumların və konfransların keçirilməsi nəzərdə tutulub.
Bu barədə UNEC-dən məlumat verilib.
|
|
30.11.2020 | 15:16 | |
|
|
|