Azərbaycan alimlərinin kitabı qızıl medal alıb

38-ci Beynəlxalq Paris Luvr kitab sərgisində Fransa, Rusiya, Almaniya və digər Avropa ölkələrinin alim, yazar və müəlliflərinin elmi və pedaqoji fəaliyyətinin intensivliyini artırmaq, kitab, monoqrafiya, dərslik, metodik vəsait və elektron nəşrlərin elmi paylaşımını gücləndirmək məqsədilə 30 min kitabın sərgisi təşkil olunub.

 

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, institutun “Hidrogeologiya və mineral sular” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və Fərəh Heydərovanın həmmüəllifi olduğu “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” adlı kitab da sərgidə nümayiş etdirilib. Azərbaycan alimlərinin kitabı Beynəlxalq Paris Luvr kitab sərgisinin “Qızıl medalı” ilə mükafatlandırılıb.

 

Bundan əlavə, həmin kitab Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Təhsil 2018 sərgisinin diplomuna layiq görülüb, kitabın rus və ingilis dillərində xülasəsi sərginin kataloqunda dərc olunub.

 

Qeyd edək ki, V Beynəlxalq Təhsil Sərgisinin işində Türkiyə, İran, Rusiya, Monqolustan, Polşanın təhsil nazirləri, UNESKO-ya üzv ölkələrin nümayəndələri, 1000-dən çox elm və təhsil müəssisəsinin əməkdaşları iştirak ediblər.

 

so-fareast-language:RU'>Filialın direktoru, professor Orucəli Rzayev “UNEC-in Zaqatala filialının Azərbaycan Respubilikasının şimal-qərb bölgəsinin iqtisadi inkişafına təsir prespektivləri” mövzusunda çıxış edib.

 

“Tədqiqat universitetinə keçid: Dünya səviyyəli universitetlərin təcrübəsinin UNEC-də tətbiqi məsələləri” mövzusunda məruzə ilə UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov çıxış edib.

 

Respubilikanın 14 müxtəlif ali təhsil müəssisəsindən yüzdən çox elm adamının iştirak etdiyi konfrans işini 4 istiqamət üzrə bölmələrdə davam etdirib.

 



05.06.2018 | 15:44