Adımızı dünya tarixinə qalib və məğrur xalq kimi yazdırdığınız üçün Sizə təşəkkür edirik

zəffər Ali Baş Komandan.

 

Sizi ağdamlı gənc rəhbər qadın olaraq şəxsən öz adımdan və rəhbərlik etdiyim məktəbin kollektivi adından böyük Qələbə münasibətilə təbrik edir, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olaraq  Sizə  gələcək işlərinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Bu qələbə Sizin aparmış olduğunuz uğurlu siyasətinizin, qətiyyətiniz və xalqa inamınızın nəticəsidir. Allah Sizi Azərbaycan xalqının başının üstündən əskik etməsin!

Vətən uğrunda canından keçən şəhidlərimizin qarşısında baş əyir, onların hər birinə Allahdan rəhmət diləyirik.

 

Hörmətlə,

Mehtiyev Zərif Qabil qızı,

12 saylı köçkün tam orta məktəbinin direktoru, Ağdam rayonu

 

 

nab Prezident, Qarabağın Fatehi.

 

İlk öncə Sizi Qarabağ zəfəri münasibətilə təbrik edirəm. Bizə yaşatdığınız bu şanlı tarix üçün çox sağ olun. Mən Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulub böyümüşəm. Məcburi köçkün statusu ilə yaşasam da, daim ürəyimdə Vətənimin - Füzulimin nisgilini daşımışam. Bu, həm də bir qürur tarixidir. Sizin və şanlı Ordumuzun sayəsində artıq başımı dik tuturam. Mən Tibb Universitetinin 5-ci kurs tələbəsiyəm. Torpaqlarımızın erməni işğalından azad olunması üçün başlatdığınız əks-hücum əməliyyatlarının ilk günündən, sonuncu yaralı əsgəri yola salana qədər könüllü olaraq Füzuli Müalicə Diaqnostika Mərkəzində yaralı əsgərlərimizə tibbi xidmət göstərdim. Bu xidməti qürur və fəxarətlə Vətənimə, qardaşlarımın axan qanları qarşısında vicdan borcum hesab edərək və Sizinlə zəfərə inanaraq etdim. Siz və birinci xanımımız Mehriban Əliyeva bizim ellərə, işğaldan azad olunmuş Füzuli şəhərinə gələrək bizi qürurlandırdınız, dövlətlə xalqımızın sarsılmaz birliyini bir daha göstərdiniz. Amma əfsuslar olsun ki, Sizi yaxından görmək mənə qismət olmadı, çox istərdim Sizinlə görüşmək, bu zəfər tarixindən xatirə bir foto çəkdirmək.

Cənab Prezident, Sizə söz verirəm ki, daim ölkəmizin çiçəklənməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün öz sahəmdə, habelə informasiya cəbhəsində əlimdən gələni edəcəyəm.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

 

Hörmətlə,

nül Rzayeva,

Tələbə, Füzuli rayonu, Böyük Bəhmənli kəndi

 

 

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

 

Azərbaycanın tarix yazan sərkərdəsi kimi Sizi Ağdam rayon Zəngişalı kənd tam orta məktəbinin müəllimləri adından salamlayıram. Bir müəllim olaraq Sizin başlatdığınız bu haqq savaşındakı Qələbənizlə qürur duyuram. Siz Azərbaycanımızın Qarabağ boyda yarasına məlhəm oldunuz. Qara buludların ardından parlayan bir günəş kimi gələcəyimizə işıq saçdınız.

Siz və qüdrətli Ordumuzun igid əsgərləri bir daha dünyaya türkün məğrurluğunu, yenilməzliyini və gücünü göstərdiniz. Sizin uğurlu siyasətiniz nəticəsində Birinci və İkinci Qarabağ müharibələrində həlak olan günahsız mülki və hərbi şəhidlərimiz artıq məzarlarında rahat uyuyacaq. Yaşlı nəsil həsrət qoxan torpaqlarına geri qayıdacaq. Gələcəyimiz olan uşaqlar öz ata-baba yurdlarında ürəkli böyüyəcəklər. Bütün bu sevinci xalqıma yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm. Böyük şairimiz Hüseyn Cavid yazırdı:

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü!

Allah Sizi və müzəffər Ordumuzu qorusun! Siz həqiqətən də bir dahisiniz!

 

Hörmətlə,

Abbasova Aygün Vidadi qızı,

Ağdam rayonu, Zəngişalı kəndi

 

 

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

 

Sizi ağdamlı bir gənc olaraq şəxsən öz adımdan, rəhbərlik etdiyim Ağdam rayonu 65 saylı köçkün tam orta məktəbinin kollektivi adından Qarabağ Qələbəsi münasibətilə təbrik edir, Sizə Ulu Öndər yolunda uğurlar arzu edirəm.

Bizə yaşatdığınız Qələbə sevincinə görə Sizə və komandanlığınız altında şücaət göstərən hər bir hərbçimizə sonsuz minnətdarlığımızı bildiririk.

 

Hörmətlə,

Abbasov Ruslan Qaffar oğlu,

Ağdam rayonu 65 saylı məktəbin kollektivi adından, Mingəçevir şəhəri

 

 

Hörmətli cənab Prezident.

 

Bu ağır Vətən müharibəsində bizə yaşatdığınız sevinc hissləri üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu Azərbaycan Respublikasını ağıllı və düzgün siyasətinizlə böyük zəfərlərə qovuşdurdunuz.

Sizin rəhbərliyiniz altında müzəffər Ordumuz şanlı tarix yazdı, xalqımızı bu ağır bəladan xilas etdi.

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhid qardaşlarımızın valideynləri qarşısında baş əyirik.

Hörmətli Ali Baş Komandan, Siz hər an xalqını düşünən böyük sərkərdəsiniz. Biz Sizinlə fəxr edirik.

Qarabağ Azərbaycandır!

 

Hörmətlə,

Abbasov Mirürfət İbiş oğlu,

8 nömrəli tam orta məktəbin təsərrüfat müdiri, Füzuli rayonu, “Qayıdış-10” qəsəbəsi



27.11.2020 | 09:25