Koronavirus səbəbindən Gürcüstanda təhsillə bağlı yeni qərar verilib | |
Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar təhsillə bağlı yeni qərar qəbul olunub. Ölkənin böyük şəhərlərində olan məktəblərin təhsil prosesi 2020-2021-ci tədris ilinin birinci semestrinin sonuna qədər məsafədən (online) keçiriləcək.
Bu barədə Gürcüstanın Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ölkədəki epidemioloji vəziyyəti sabitləşdirmək və böyük şəhərlərdə hərəkətliliyi azaltmaq üçün, Qurumlararası Koordinasiya Şurası Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Telavi, Zestafoni, Qori, Qardabani, Poti və Marneuli şəhərlərində təhsil prosesinin 2020-2021-ci tədris ilinin birinci semestrinin sonuna qədər məsafədən (online) davamını məqsədəuyğun hesab edib.
Bu qərar dövlət məktəbləri ilə yanaşı, özəl məktəblərə də şamil olunacaq.
Azərtac
|
|
25.11.2020 | 11:27 | |
|
|
|