ADNSU ilə Nişantaşı Universiteti arasında əməkdaşlıq

Türkiyənin Nişantaşı Universitetinin rektoru, professor Şenay Yalçın Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə görüşüb.

 

Görüşdə həmçinin, deputat Məlahət İbrahimqızı, ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov və beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov iştirak ediblər.

 

Görüşdə Türk dünyası universitetlərinin əməkdaşlığının genişləndirilməsi, perspektivləri müzakirə olunub. ADNSU ilə Nişantaşı Universiteti arasında qarşılıqlı təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Sonda ADNSU ilə Nişantaşı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

 



21.11.2020 | 11:18