NDU ilə ABŞ universitetləri arasında təlimlər davam edir | |
Naxçıvan Dövlət Universitetində (NDU) iqtisadiyyat və idarəetmə fakültəsində ilk dəfə qəbul aparılan İngilizcə iqtisadiyyat ixtisası üzrə kadr hazırlığı davam edir.
NDU-dan verilən məlumata görə, bu məqsədlə yeni ixtisasda dərslərlə məşğul olacaq müəllim, eləcə də tələbələr üçün ABŞ-ın Şimali İlliyons Universitetinin professorları ilə onlayn məşğələlər təşkil olunub və 10-cu təlim keçirilib.
“Biznesə giriş və biznes strategiyası” mövzusu üzrə professor Paul Prabhaker, “Sahibkarlıq və Kiçik Biznesin İnkişafı” üzrə isə ABŞ-ın İndiana şəhərində yerləşən Purdue Universitetinin professoru Jamaluddin Husain təlim keçib.
“Keyfiyyət idarəetməsi” mövzusunda təqdimat aparan professor Con Kalaras qlobal rəqabət şəraitində firmaların həyata keçirdiyi strategiya, müxtəlif ölkələrdə bunun üçün tətbiq olunan modellər barədə geniş təqdimat edib. İnteraktiv fikir mübadiləsi mühitində aparılmış təlimdə iştirakçıların sualları cavablandırılıb, önümüzdəki günlərdə keçiriləcək növbəti məşğələlərin mövzularının anonsu verilib.
Məlumat üçün bildirək ki, təlimlər sentyabr ayından başlayıb və dekabrın 7-dək davam etdiriləcək.
|
|
19.11.2020 | 16:29 | |
|
|
|