VI-VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib | |
İyunun 3-də Daşkəsən rayon ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib. Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mikayıl Mikayıllının verdiyi məlumata görə, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən müsabiqələrin ilk mərhələsində rayon ümumtəhsil məktəblərindən 92 şagird iştirak edib.
Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.
Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, şagirdlər fərdi mükafatlandırılıcaq. Nəticədə rayon və şəhərlərin reytinq cədvəlinə uyğun olaraq ölkə üzrə qalib komandalar müəyyən ediləcək.
Şakir CƏFƏROV
|
|
04.06.2018 | 18:27 | |
|
|
|