Lüğətçilik sahəsində vacib addım | |
Mingəçevir Dövlət Universitetinin (MDU) dosenti, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Mayil İsmayılovun “İngiliscə-Azərbaycanca şəxs adları lüğəti” kitabı nəşr olunub.
MDU-dan bildirilib ki, indiyə qədər respublikada ingilis şəxs adlarının düzgün yazılışına dair ayrıca, irihəcmli lüğət hazırlanmayıb və adıçəkilən lüğət bu sahədə ilk təşəbbüs kimi təqdirəlayiq hesab olunur.
Lüğətdə ingilis şəxs adlarının qeydə alındığı leksikoqrafik mənbələrdən, tərcümə əsərlərindən və mətbuat materiallarında toplanan, təxminən 3 mindən artıq şəxs adının transkripsiyası və düzgün yazılışı verilib.
Yeni nəşr şagird və müəllimlər, ali məktəblərin magistrantları, tələbə və pedaqoqlar, dilçi alimlər, jurnalistlər, müstəqil dil öyrənənlər, ümumiyyətlə geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.
|
|
15.11.2020 | 12:30 | |
|
|
|