Böyüklərin cavab tapa bilmədiyi 10 məktəbli sualı

Dünyanın müxtəlif  ölkələrində müntəzəm olaraq elmi savadlılığın tədqiqatını keçirirlər. Təsadüfən seçilmiş yaşlı insanlara  məktəb proqramından elementar suallar verilir.  Müşahidə olunan budur ki,  heç də hamı bu sualların öhdəsindən gələ bilmir.  Özünüzü yoxlayın - siz insan, bizim planetimiz və Kainat haqqında məktəb faktlarını xatırlayırsınızmı?

 

ABŞ-da bu  tədqiqat Milli Elm Fondu,  Rusiyada isə  "Levada -Mərkəzi" agentliyi tərəfindən aparılır.  Böyüklərin doğru cavabları ortalama  Kanadada  72%,  Avropa Birliyi ölkələrində 63%, ABŞ-da  60%, Yaponiyada  53%, Çində  40%, Rusiyada  isə 33% təşkil edir.  Bütün suallara yaşlı  rusiyalıların yalnız 2,3%-i düzgün cavab verib.

 

10 sual:

 

1. Yer kürəsinin mərkəzi çox qaynardır?  2. Bizim hazırda yaşadığımız qitələr, artıq milyonlarla ildir hərəkət edir  və gələcəkdə hərəkət etməkdə  davam edəcəklər?  3. Bu iddialardan hansısı doğrudur? a) Yer kürəsi  Günəşin ətrafında fırlanır; b). Günəş Yer kürəsi ətrafında fırlanır. 4. Bütün radiasiya insan tərəfindən yaradılıb? 5. Elektronlar atomdan kiçikdir?  6. Lazer  səs dalğalarını fokuslayaraq işləyir? 7. Kainat Böyük partlayış nəticəsində yaranıb?  8. Uşağın cinsiyyəti üçün  atanın geni cavab verir?  9. Antibiotiklər yalnız bakteriyaları deyil, həm də virusları öldürməkdə  bacarıqlıdır?  10. Müasir insanlar qədim heyvanlardan əmələ gəlib?

 

Böyüklərin əksəriyyəti bu suallara düzgün cavab tapa bilməyiblər.

 

Oruc MUSTAFAYEV



04.06.2018 | 15:12