Yerdəyişmə müsabiqəsinə 6000-dək vakant yer çıxarılıb

Bu gündən müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi prosesinə başlanılıb. Yerdəyişmə müsabiqəsinə bütün ixtisaslar üzrə 6000-dək vakant yer çıxarılıb. Proses iyunun 11-dək davam edəcək.

 
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, müəllimlərin yerdəyişməsində yalnız daimi əsaslarla ümumtəhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcək: "Onlar yerdəyişməyə əvvəlki illərdə iştirak etdikləri diaqnostik qiymətləndirmə və yaxud işə qəbul üzrə müsabiqənin nəticələri ilə qatıla bilirlər. Həmin nəticələr tərəfimizdən əsas götürüləcək və ən yüksək bal toplayan namizəd vakant yerlərə yerləşdiriləcək".

 



04.06.2018 | 14:09