İsmayıllıda uşaq günü qeyd olunub | |
İsmayıllı Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq 1 iyun tarixində Günəş istirahət mərkəzində “Uşaqlar sevinsin həmişə! “adlı tədbir keçirilib. Rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin uşaqları, ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdlərinin iştirak etdikləri tədbir bir-birindən maraqlı çıxışlarla izləyənləri valeh edib. Uşaqların ifasında təqdim olunan şeirlər, mahnılar, səhnəciklər, rəqslər alqışlarla qarşılanıb. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, rayon təhsil şöbəsinin müdiri Rasim Orucov, gənclər və idman idarəsinin müdiri Taleh Salehov, uşaq və ailələrə dəstək mərkəzinin müdiri Lətifə Əliyeva, uşaq poliklinikasının baş həkimi Vidadi Rəhimov iştirak ediblər. Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova uşaqları təbrik edib.
Tədbirin sonunda məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan bir qrup uşağa rayon təhsil şöbəsi tərəfindən “Məktəbəhazırlıq dövrünü müvəffəqiyyətlə başa vurduqlarına görə” tərifnamə və hədiyyələr təqdim olunub. Daha sonra uşaqlar onlar üçün hazırlanmış bayram tortunu kəsiblər, müxtəlif atraksionlarda əyləniblər.
|
|
04.06.2018 | 18:49 | |
|
|
|