Təhsil Nazirliyinin Mətbuat Xidmətinin məlumatı | |
Ölkəmizdə mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzində (“Qaynar xətt” xidməti, telefon: 146-1, 146-2, 146-3, 146-4) işçi sayı məhdudlaşdırılıb.
Vətəndaşlardan "Qaynar xətt"lə əlaqə yaradarkən işçi sayının az olduğunu nəzərə almaları xahiş olunur.
Qeyd edək ki, nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına da müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərsiniz.
|
|
11.11.2020 | 11:01 | |
|
|
|