BDU-nun Həmkarlar İttifaqı Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib | |
Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 7 min manat vəsait köçürüb.
Universitetdən bildirilib ki, bununla da BDU-nun Silahlı Qüvvələrə Yardım Fonduna köçürdüyü vəsait, ümumilikdə 487 000 manatı keçib. Buna qədər ali məktəb öz büdcəsindən 200 000 manat ianə edib, əməkdaşları isə fərdi qaydada müraciət edərək əməkhaqlarından ümumilikdə 280 000 manatdan artıq yardım göstərib.
BDU Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda müzəffər ordunun qazandığı qələbələrdən böyük qürur hissi keçirir, qəhrəman əsgər və zabitlərimizin tezliklə işğal altında olan bütün torpaqlarımızı azad edəcəkləri, üçrəngli bayrağımızı qədim Şuşa qalasında dalğalandıracaqları xəbərini səbirsizliklə gözləyir.
|
|
08.11.2020 | 11:40 | |
|
|
|