“Dövlət atributlarından biri: Dövlət bayrağı” | |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində “Dövlət atributlarından biri: Dövlət bayrağı” mövzusunda konfrans keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanın milli müstəqilliyini, azadlığını, dövlətçiliyini əks etdirən Dövlət Bayrağı Gününün yaranmasına nəzər salıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının dövlət bayrağı kimi qəbul olunmasında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdırıb. Akademik 1998-ci il martın 13-də Ümummilli lider tərəfindən imzalanan “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında”, 2004-cü il iyunun 8-də isə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” dövlət atributlarının, eyni zamanda bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyan sənədlər barədə məlumat verib. Prezident İlham Əliyevin Bayraq Meydanının yaradılması, Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı sərəncamlarından da danışıb.
Naxçıvanda dövlət atributlarına münasibətin yüksək səviyyədə olduğunu vurğulayan İ.Hacıyev muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirləri xatırladıb, qeyd edib ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq sərəncamları ilə Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
Bölmə sədri bildirib ki, bayrağımız bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə də dalğalanır.
Konfransda digər iştirak edən alimlər də bayraq mövzusunda məruzə ilə çıxış ediblər.
|
|
07.11.2020 | 13:25 | |
|
|
|