Respublika fənn müsabiqəsi keçirilib

İyunun 3-də ölkənin bütün şəhər və rayonlarında 6-7-ci sinif şagirdləri arasında Respublika fənn müsabiqəsinin  birinci mərhələsi keçirilib.

 

18 000-ə yaxın şagirdin iştirak etdiyi müsabiqənin birinci mərhələsində iştirakçılara qeyri-standart düşünmə qabiliyyətini, məntiqi təfəkkürü müəyyən edən  tapşırıqlar təqdim edilib.

 

Şagirdlər 150 dəqiqə ərzində 50 tapşırığa cavab verməli olublar. Müsabiqənin ikinci mərhələsində məntiqi suallarla yanaşı müvafiq fənlər üzrə də tapşırıqlar veriləcək.

 

Respublika fənn müsabiqəsinin  keçirilməsində əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

 



04.06.2018 | 13:27