Mişel Deneken UFAZ tələbələrinə müraciət edib | |
Strasburq Universitetinin prezidenti Mişel Deneken Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinə müraciət ünvanlayıb.
“Əziz tələbələr, əziz həmkarlar,
Bakı ilə Strasburq arasındakı məsafəyə baxmayaraq, bəzilərinizin müharibədən və onun ağrılı nəticələrindən, Fransanın isə yenidən terror və pandemiyadan təsirləndiyi bir vaxtda Sizə öz dəstəyimizi bildirmək istərdim.
Bizim dualarımız bütün hadisə qurbanları, ələlxüsus da, Gəncə və Bərdə şəhərlərində baş verən terror aktları nəticəsində zərərçəkmiş günahsız insanlarladır. Strasburq Universiteti adından bütün UFAZ heyəti və tələbələrinə, eyni zamanda onların ailələrinə başsağlığı veririk.
Ümid edirik ki, qarşılaşdığınız bu şiddət dalğası ən qısa zamanda öz yerini davamlı sülh gətirəcək dialoq və danışıqlarla əvəzləyəcək.
Universitet ağıl, yaradıcı zəka, açıq fikir və işıq yeridir. Sizlər də bütün bunların UFAZ-da olan iştirakçılarısınız. Sevdiklərimizin və övladlarımızın həyatını yaxşılaşdırmaq, onları ümid və sülhün bərqərar olacağına hazırlamaq bizim ortaq missiyamızdır.
Universitet həm müxtəlif mədəniyyətlərə malik üzvləri, həm də onlar arasındakı hörmət və qarşılıqlı anlaşma, dinləmə, bir-birinə olan xidmət ilə zəngindir. Bu dəyərləri necə həyata keçirəcəyimizi birlikdə müzakirə edək, özbaşınalığın və anlaşılmazlığın bizi birləşdirən və gücləndirən bağları pozmasına imkan verməyək”.
Qeyd edək ki, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərir, müraciətlə bağlı xəbər də ADNSU-dan verilib.
|
|
05.11.2020 | 15:13 | |
|
|
|