Qafqaz Geosiyasi Forumu keçiriləcək | |
Noyabrın 7-də “Horizon Education Agency” şirkətinin təşkilatçılığı ilə Qafqaz Geosiyasi Forumu keçiriləcək.
Son illər ölkəmizdə gənclər üçün bir sıra elmi-intellektual tədbirlər təşkil edən, əsasən tələbələri birləşdirən “Horizon Education Agency" şirkətinin layihə rəhbəri və həmtəsisçisi Ənvər Məmmədlidən aldığımız məlumata görə, forumun təşkil olunmasında əsas məqsəd Qarabağ münaqişəsi ilə bağlı, Qafqazın siyasi-texnoloji, iqtisadi , sosial mənzərəsinə dair mövzular ətrafında diskussiyaların aparılmasıdır.
- Layihənin ideyası bu ilin fevral ayından düşünülməyə başlamışdı. Lakin noyabr ayına planlaşdırılan forum pandemiya ilə əlaqədar olaraq, növbəti ilin may ayına keçirilib. 27 sentyabr tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu tərəfindən törədilən təxribatlara qarşı başlatdığı anti-terror əməliyyatları bizi, arxa cəbhə olaraq informasiya müharibəsində dövlətimizin ərazi bütövlüyünün dünyaya çatdırılması üçün müxtəlif ölkələrdən olan spikerlərin iştirakı ilə eyniadlı vebinarı təşkil etməyə vadar etdi. Qısa zaman ərzində “Horizon Education Agency” komandamızın təşəbbüsü ilə spikerlərin seçilməsi, dəvət olunması və razılıqlarının alınmasına müvəffəqiyyətlə nail olduq. Bundan sonra layihənin digər məsələlərini həll etməyə başladıq. Sosial və siyasi olmaqla, 2 paneldən ibarət olacaq vebinar 6 spikerin iştirakı ilə keçiriləcək. Hər panelin sonunda 15 dəqiqəlik müzakirə hissəsi olacaq ki, həmin vaxt izləyicilər suallarını birbaşa spikerlərə verə biləcəklər. Foruma 300-ə yaxın yerli və xarici vətəndaşın qoşulması gözlənilir. Forum həm “Youtube” , həm də “Facebook” platformalarında paralel olaraq yayımlanacaq.
Oruc MUSTAFAYEV
|
|
05.11.2020 | 14:41 | |
|
|
|