BDU-nun birinci kurs tələbələrinin 15-i Prezident təqaüdçüsüdür | |
Bakı Dövlət Universiteti (BDU) həm Prezident təqaüdçüləri, həm də 600-dən yuxarı bal toplayan tələbələrin sayına görə respublikanın ali məktəbləri arasında öndə gəlir. Son illər yüksək bal toplayaraq BDU-nu seçən abituriyentlərin sayında artım müşahidə olunur.
BDU-dan verilən məlumata görə, 2020/2021-ci tədris ilində 102 prezident təqaüdçüsündən 15-i BDU-nu seçib.
Bildirilib ki, insan kapitalının inkişafını daim diqqət mərkəzində saxlayan ali məktəbin əsas məqsədi məhz savadlı, bilikli, müasir təhsil yeniliklərini mənimsəmiş, dövlətçilik prinsiplərini, azərbaycançılıq məfkurəsini və milli-mənəvi dəyərlərimizi əsas tutan mütəxəssislər yetişdirməkdir. Universitetdə elm və təhsilin inteqrasiyası, elmi potensialın gəncləşdirilməsi, gənc nəslin tələbəlik illərindən tədqiqata yönləndirilməsi, yüksək bal toplayaraq BDU-ya qəbul olunan və araşdırmaya xüsusi maraq göstərən tələbələrin, o cümlədən Prezident təqaüdçülərinin elmi fəaliyyətə cəlb edilməsi istiqamətində intensiv işlər aparılır.
|
|
01.11.2020 | 10:29 | |
|
|
|