NDU-da “Uğrunda ölən varsa Vətəndir” mövzusunda tədbir keçirilib | |
Naxçıvan Dövlət Universitetinin (NDU) memarlıq və mühəndislik fakültəsində “Uğrunda ölən varsa Vətəndir” mövzusunda tədbir keçirilib.
Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin əhəmiyyətindən və gənclərimizin hərtərəfli inkişafında mühüm rol oynamasından danışıb.
Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin yeritdiyi siyasət, xalqımızın verdiyi dəstək, ordumuzun gücü sayəsində artıq bir aydan çoxdur ki, şanlı tarixə imza atılır. Bu, ordumuzun Cənubi Qafqazda ən güclü ordulardan biri olduğunun bariz nümunəsidir. Vurğulanıb ki, Azərbaycan öz torpağı üzərində mübarizə aparır və haqqı tələb edir.
Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova çıxış edərək vətənimizin bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin keçdiyi şərəfli yolu öyrənməyin və təbliğ etməyin vacibliyini diqqətə çatdırıb.
Sonda tələbə və şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları musiqi nömrələri səsləndirilib. Bədii qiraət dinlənilib.
|
|
29.10.2020 | 10:02 | |
|
|
|