DİM -də Azərbaycan və ingilis dili fənləri üzrə müzakirələr | |
Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
DİM-dən bildirilib ki, iclasların gündəlik məsələsi ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqramların müzakirəsi olub.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər. Proqramların təkmilləşdirilməsində təkliflər nəzərə alınıb. Məlumat verilib ki, 2 noyabr 2020-ci il tarixində ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinin müzakirəsi aparılacaq.
|
|
27.10.2020 | 11:10 | |
|
|
|