BDU-nun 7 məzunu ikili diplom üzrə magistr adını qazanıb | |
Bakı Dövlət Universitetinin (BDU) prioritet fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır. Bu çərçivədə ikili diplom proqramı üzrə hüquq fakültəsinin 7 məzunu Əl-Farabi adına Qazax Milli Universitetinin Dəniz və enerji hüququ ixtisasına qəbul olaraq magistrant adını qazanıb.
Əl-Farabi adına Qazax Milli Universitetinin 2 magistrantı isə BDU-nun hüquq fakültəsində təhsil almaq şansı əldə edib.
Bu barədə ali məktəbdən məlumat verilib.
Qeyd edək ki, bu ilin sentyabrında BDU ilə Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti arasında Dəniz və enerji hüququ magistr ixtisaslaşmasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2020/2021-ci tədris ilində adıçəkilən ixtisaslaşmanın tədris planına uyğun olaraq fənlərin birgə tədrisi nəzərdə tutulub.
Xatırladaq ki, 2013-cü ildə təsis olunan Dəniz və enerji hüququ ixtisaslaşmasında tədris prosesi ingilis dilində aparılır.
|
|
23.10.2020 | 16:14 | |
|
|
|