Hər gün sizin verəcəyiniz şad xəbərləri səbirsizliklə gözləyirik | |
Hörmətli Prezident və Ali Baş Komandan!
Mən Duyğu Xudadatova, 283 saylı tam orta məktəbin 7a sinfində oxuyuram. Bu məktubu yazmaqla sizə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm! Mən əslən Qarabağın gözəl guşələrindən biri olan Ağdam şəhərindənəm. Mən Qarabağı görməsəm də, valideynlərimdən onun gözəlliyi və heyrətamiz təbiəti haqqında çox eşitmişəm. İnşallah sizin sayənizdə torpaqlarımızı erməni tapdağı altından azad edəcəyik! Hər gün ailəmizlə birlikdə sizin verəcəyiniz şad xəbərləri səbirsizliklə gözləyirik. Biz sizə inanırıq və güvənirik. Erməni faşistlərinin dinc əhalini hədəf almaqla həmyaşıdlarımın amansız ölüm xəbəri məni daha çox sarsıdır. Sizin onlara verdiyiniz cavablar məni daha da qürurlandırır! Biz inanırıq ki, bu müharibə tezliklə başa çatacaq. Azərbaycan yenidən öz ərazi bütövlüyünü bərpa edəcək! Biz hər zaman sizinləyik və olacağıq.
Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır! Tarix yazan Sərkərdə, cənab Ali Baş Komandan İlham Əliyev.
Hörmətlə, Xudadatova Duyğu Anar qızı Bakı şəhəri, Binəqədi rayonu
Dəyərli cənab Prezidentimiz İlham Əliyev.
Mən 74 saylı tam orta məktəbin 9-cu sinif şagirdiyəm. Mən bir şagird olaraq çox sevinirəm ki, Azərbaycan Respublikasının sizin kimi müdrik və uzaqgörən bir Prezidenti var. Sizin hər çıxışınızı həvəslə və sevərək izləyirik. Qarabağ hər bir Azərbaycan vətəndaşının dəyişməz arzusudur. Cənab Ali Baş Komandan, biz çox yaxın zamanda sizin rəhbərliyiniz altında doğma yurdumuzun ayrılmaz hissəsi olan - Qarabağı erməni işğalçılarından azad edəcəyik. Mən inanıram ki, Qarabağın hər bölgəsində Azərbaycan bayrağı dalğalanacaq. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Azərbaycan güclü Dövlətdir və Azərbaycanın Güclü ordusu var! #Qarabağ Azərbaycandır!
Hörmətlə, Mütəllimova Aytac Zaur qızı, Bakı şəhəri, Bakıxanov qəsəbəsi
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Sizin komandanlığınızla rəşadətli Ordumuz tərəfindən düşmənin təxribatlarının qarşısı qəhrəmanlıqla alınır və bu, məni hədsiz dərəcədə qürurlandırır. Sizə və Ordumuza güvənirik.
Şamaxıda yaşayan hər bir şəxsdə böyük ruh yüksəkliyi vardır. Hamımız həsrətlə Qələbə gününü gözləyirik. İnanırıq ki, tezliklə xalqımız bu Qələbə sevincini yaşayacaq və üçrəngli Bayrağımız Qarabağda, Şuşada dalğalanacaq. O zaman şəhidlərimizin ruhu da şad olacaq.
Cənab Prezident, hər zaman Sizin arxanızda, Ordumuzun yanındayıq. Bu çətin və şərəfli yolda, haqq işinizdə Sizə yeni uğurlar arzulayıram.
Uca Allahdan diləyirəm ki, əsgərlərimizi və xalqımızı qorusun! Qarabağ Azərbaycandır!
Hörmətlə, Zülfüqarov Əli Qismət oğlu, Şamaxı şəhər 3 saylı tam orta məktəbin şagirdi
Hörmətli Prezidentimiz.
Sizi salamlayan 11 yaşlı Ümiddir. Mən Ermənistanla həmsərhəd olan Tovuz rayonunda yaşayıram. Tez-tez erməni faşistlərin hücumlarına məruz qalan bir rayonun sakini kimi mən də bu haqsızlığa son qoyulmasını arzulayıram. Bildiyiniz kimi, bu ilin iyul ayında da düşmənin ağır hücumuna məruz qaldıq. Mən daim erməni təhdidi altında yaşamaqdan bezmişəm. Ona görə Sizə müraciət edirəm.
Cənab Prezident, işğal altında olan torpaqlarımızı azad edən əsgərlərimizə kömək etmək istəyirəm. Onların yanına gedərək igid əsgərlərimizə yemək, su, silah-sursat daşıya bilərəm. Vətənimizin bu ağır günlərində əlimdən gələn köməyi etməyə hazıram.
Cənab Prezident, inanıram ki, Qələbə bizim olacaq.
Hörmətlə, Ümid Abdıyev, Tovuz rayonu, Abdulbəyli kəndi, şagird
Cənab Prezidentimiz.
Mən 16 yaşlı əlil şagirdəm. Əlilliyimə görə 18 yaşıma çatana qədər dövlət mənə müavinət təyin etmişdir. Sizin Ordumuza göstərdiyiniz qayğıdan fərəhlənərək və qazandığınız böyük nailiyyətlərə arxalanaraq bu məktubu yazmaq qərarına gəldim.
Hörmətli Prezident, mən də aylıq müavinətimdən 20 manat pul vəsaitini Ordumuza yardım fonduna keçirmək qərarı vermişəm. Çünki Ordumuza güvənirəm. Hər zaman güvənc yerim olan dəyərli bir xalqım var! Xalqımızla qürur duyuram. İnanıram ki, üçrəngli Bayrağımızı bütün itirdiyimiz torpaqlarda tezliklə dalğalandıracağıq. Bu sevincli, əzəmətli günlərə az qalıb. Sizin dediyiniz qürurverici sözlərə qüvvət olaraq mən də deyirəm: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə, Limon Əliyeva, Şəki rayonu, Baş Göynük kəndi, şagird
Salam, cənab Prezident.
Siz bizim və dövlətimizin, xalqımızın, əsgərlərimizin həmişə arxasındasınız və olacaqsınız. Qarabağ bizimdir və bizim olacaq. Bayrağımız işğal olunmuş rayonlarımızda sancılacaq inşallah.
Allah Sizə dayaq olacaq cənab İlham Əliyev. Siz bizim dayağımızsınız.
Allah Sizi və əsgərlərimizi, xalqımızı, dövlətimizi qorusun. Allah Sizə kömək olsun. Amin.
Hörmətlə, Əliyeva Aydan Elnur qızı, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi, 6-cı sinif şagirdi |
|
23.10.2020 | 10:00 | |
|
|
|