3D-printerdə insan dərisi çap edilib

Kanada həkimləri insan dərisinin bərpası üçün nəzərdə tutulan portativ üçölçülü printeri təqdim ediblər. Qurğu bir neçə dəqiqə ərzində dəri qatını biomaterial vasitəsilə bərpa edə bilir.

 

www.life.ru saytının məlumatına görə, Toronto Universitetinin əməkdaşları tərəfindən hazırlanan “U of T bioprinter” adlı xüsusi qurğu kompakt ölçülərə malikdir və bir neçə dəqiqə ərzində yanıq yarasını sağaltmağa imkan verir. Printerə bədənin yaralı hissələrinə tətbiq oluna bilən süni dəri parçalarına çevrilən biomaterial yüklənir. Bir müddət sonra dəri adaptasiya olunur və yaralar sağalır. Mütəxəssislər bildiriblər ki, “U of T bioprinter” sayəsində dəri donorlarına ehtiyac qalmayacaq.

 

Layihə iştirakçısı Navid Hakiminin sözlərinə görə, printeri müxtəlif yanıq dərəcələrinə uyğun sazlamaq mümkündür. Qurğu laboratoriya donuzları üzərində uğurla sınaqdan keçirilib. Gələcəkdə alimlər 3D-printeri insanlar üzərində sınaqdan keçirməyi və daha böyük süni dəri parçaları istehsal etməyi planlaşdırırlar.

 



02.06.2018 | 10:19