Türkiyənin İnönü Universitetindən Azərbaycana dəstək məktubu | |
Türkiyənin İnönü Universitetinin rektoru, professor Ahmet Kızılay Azərbaycana dəstək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradova məktub ünvanlayıb.
UNEC-dən bildirilib ki, məktubda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, dinc əhalini hədəfə alması insanlığa qarşı cinayət adlandırılıb. Qeyd olunub ki, müharibənin yeganə həll yolu Ermənistanın işğal etdiyi torpaqlardan dərhal və qeyd-şərtsiz çıxmasıdır.
Professor A.Kızılay diqqətə çatdırıb ki, İnönü Universiteti Ermənistanın silahlı hücumuna qarşı Azərbaycanın yanındadır və ali məktəbin professor-müəllim heyəti bütün tədbirlərdə Azərbaycana dəstəyini açıq ifadə edir.
Sonda türkiyəli alim İnönü Universiteti ilə UNEC arasındakı əməkdaşlıq və həmrəyliyin bunda sonra da davam edəcəyini bildirib.
|
|
19.10.2020 | 17:00 | |
|
|
|