Təhsil naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb | |
Oktyabrın 16-da Təhsil naziri Emin Əmrullayev Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Görüşdə Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Təhsil naziri Ermənistanın təcavüzü nəticəsində 3 nəfər məktəblinin həlak olması, 15 nəfər məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-dək məktəbə zərərin dəyməsi ilə bağlı məlumatı səfirin diqqətinə çatdırıb.
Səfir, öz növbəsində, Gürcüstanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edib.
|
|
16.10.2020 | 16:56 | |
|
|
|