Azərbaycanlı tələbə beynəlxalq konqresdə çıxış edib

26-27 may tarixlərində Türkiyənin Əskişəhər Anadolu Universitetində Əskişəhər Azərbaycanlılar Dərnəyi, Türk Dünyası Uyğulama Mərkəzi tərəfindən “100 ilində azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konqres keçirilib. Konqresdə Türkiyənin ali məktəblərinin müəllim və professor heyətləri, eləcə də Azərbaycandan gəlmiş qonaqlar istirak ediblər. Konqresdə Türkiyədə təhsil alan azərbaycanlı tələbə Aysel Əliyeva da çıxış edib.

 

Qeyd edək ki, Aysel Əliyeva Bakı şəhəri 175 nömrəli məktəbin məzunudur. 6 ildir ki, Türkiyədə təhsil alır. Türkiyə Ayfon Kocatepe Universitetinin turizm fakültəsini bitirib. Hazırda həmin universitetin magistr tələbəsidir. Hələ mart ayından bu beynəlxalq konqresdə iştirak etmək üçün  tələbələr tərəfindən 600 məqalə göndərilib. Çıxış üçün 600 məqalədən yalnız 20-si seçilib. Və Ayselin yazdığı elmi məqalə seçilən 20 məqalənin içində 8-ci olub. O, bu beynəlxalq konqresdə uğurla cıxış edib.

 

Çıxışına görə konqresin sonunda təşəkkürnamə ilə təltif olunub. Aysel Əliyevanın çıxışı “Azərbaycanda turizm və ərəb turistlərinin Azərbaycan haqqında düşüncələri” mövzusunda idi. Türkiyədə magistr təhsili alan və təhsilini doktoranturada davam etdirmək istəyən, müxtəlif tədbir və mərasimlərdə ölkəmizi təmsil edib  və Azərbaycanın adını şərəflə uca tutan bu gənc azərbaycanlı qızına uğurlar arzulayırıq.

 

Oruc MUSTAFAYEV

 

 



01.06.2018 | 17:57