MDU Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının müvafiq qərarı ilə MDU tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min manat vəsait köçürülüb.

 

Universitetdən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni hərbi birləşmələrinin növbəti hərbi təxribatına qarşı həyata keçirdiyi uğurlu əməliyyatlar MDU-nun professor-müəllim, inzibati-texniki və tələbə heyəti tərəfindən böyük sevinclə qarşılanır.

 

“Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgərinin əldə etdiyi qələbələr və tarixi torpaqlarımızın bir hissəsinin işğaldan azad olunması MDU kollektivi arasında da böyük ruh yüksəkliyi yaradıb. Ən yeni tariximizin qələbə səhifələrinin yazıldığı bu günlərdə Ali Baş Komandanımızın ətrafında sıx birləşən MDU kollektivi Azərbaycan əsgərinin yanındadır və bütün torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əmindir”-deyə universitetin məlumatında qeyd olunur.

 

 



13.10.2020 | 16:24