Nobel Sülh mükafatı laureatının adı açıqlandı

BMT-nin Dünya Ərzaq Proqramı 2020-ci il üzrə Nobel Sülh Mükafatına layiq görülüb.  Nobel komitəsinin qərarında deyilir ki, mükafat " aclığa qarşı mübarizə səyləri və münaqişə bölgələrində sülhə nail olmaq üçün şəraitin yaxşılaşdırılmasına verdiyi töhfə"  üçün verilir.

 

BMT-nin Dünya Ərzaq Proqramı dünyanın ən böyük humanitar təşkilatıdır, inkişaf etməkdə olan ölkələrdə əhalinin yoxsul təbəqələrinə yardım göstərilməsi ilə məşğuldur.

 

Təşkilatın veb saytında bildirilir ki, qurum dünyanın 88 ölkəsində, o cümlədən döyüş bölgələrində  97 milyon insana kömək edir.


Qeyd edək ki, İsveçin ekoloji fəalı, 17 yaşlı Qreta Tunberq də bu il Sülh mükafatı almaq üçün namizəd olub.  Onun namizədliyi Norveç parlamentinin üç üzvü və İsveçdən iki deputat tərəfindən irəli sürülüb.

 

Oruc MUSTAFAYEV

 



09.10.2020 | 14:59