DİM səfərbərliklə əlaqədar müsahibələri təxirə salınmış namizədlərə müraciət edib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq hərbi vəzifəlilərin hərbi xidmətə çağırılması həyata keçirilir.

 

Hərbi xidmətə çağırılanlar arasında dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş vətəndaşlar da vardır.  Dövlət İmtahan Mərkəzi (DİM) bildirib ki, mövcud vəziyyət nəzərə alınaraq həmin vətəndaşlarla müsahibələrin keçirilməsi hərbi xidmətə çağırılmaları səbəbindən müvəqqəti olaraq təxirə salınır.

 

Müsahibələri təxirə salınmış namizədlərin nəzərinə çatdırılıb ki, onlar üçün yenidən müsahibələr təşkil olunacaq  və həmin şəxslərin müsahibələrdə iştirak hüququ tam təmin ediləcək.

 

 



08.10.2020 | 16:27