DİM Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürüb

Məlum olduğu kimi, hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğalçı Ermənistanın hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-hücum əməliyyatları həyata keçirir.  Azərbaycanın hər bir vətəndaşı, qurumu yekdilliklə silahlı qüvvələrimizin haqq işinə öz dəstəyini nümayiş etdirir.

 

Dövlət İmtahan Mərkəzi  (DİM) işğal altında olan torpaqlarımızın azadlığı, dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb.

 

DİM-dən bildirilib ki, mərkəzin əməkdaşları da müharibənin ilk günlərindən etibarən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə könüllü iştirak etmək üçün ordu sıralarına qoşulub.

 

“Silahlı qüvvələrimizin əldə etdiyi uğurlar Qarabağın tezliklə azad ediləcəyi, ölkəmizdə sülhün bərqərar olacağından xəbər verir. İnanırıq ki, tarixi torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil.Qarabağ Azərbaycandır! Yaşasın, şanlı Azərbaycan əsgəri!”-deyə DİM-in məlumatında qeyd olunur. 

 

 



07.10.2020 | 10:56