BŞTİ-yə ötən ay 6 814 müraciət daxil olub | |
2020-ci ilin sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) edilən zənglər, həmçinin BŞTİ-yə daxil olan sənəd və elektron müraciətlərlə bağlı statistika açıqlanıb.
Belə ki, qeyd olunan müddət ərzində ümumilikdə 6 814 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 2 340 zəng qəbul edilib.
Ötən ay 3 543 sənəd (vətəndaşlar tərəfindən 1 396 ərizə, Təhsil Nazirliyindən 431, digər qurumlardan 206, məktəblərdən 1 245 məktub, 39 strukturdaxili yazışma və 226 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 931 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların elektron qeydiyyatı, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.
Qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, BŞTİ-də vətəndaş qəbulu noyabın 2-dək dayandırılıb.
|
|
02.10.2020 | 12:03 | |
|
|
|