Əyani formada dərslərə davamiyyət | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində sentyabrın 29-da əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib.
Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.
Təhsil müəssisələrində koronavirusa qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.
Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb. Bununla əlaqədar olaraq distant (məsafədən) dərslərdə müəyyən fasilələr yaranıb. Şagirdlərin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri daha diqqətlə izləməsi tövsiyə olunur.
İnanırıq ki, ümumi təhsil müəssisələrində tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər bundan sonra da uğurla reallaşdırılacaqdır.
|
|
29.09.2020 | 19:56 | |
|
|
|