Təhsil naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Sentyabrın 25-də Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin missiyası bitməkdə olan rəhbəri Elena Aymone və yeni təyin olunan rəhbəri Arian Bauer ilə görüşüb.

 

Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

 



25.09.2020 | 16:36